deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Nurəddin xocanın məhkəməsi davam edir Adalet.az | Nurəddin xocanın məhkəməsi davam edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Nurəddin xocanın məhkəməsi davam edir

29804    |   2019-03-13 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, keçmiş "Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ifadə verib.

O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Əgər suallarınız varsa, cavablandıra bilərəm".

Lakin hakimlərin, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun vəkilinin E.Şıxlıya heç bir sualı olmayıb.

Xatırladaq ki, E.Şıxlı istintaqa ifadəsində deyib ki, N.Xocanın işləməyə yeri olmadığı üçün ona öz redaksiyasında yer ayırıb və təqsirləndirilən şəxs həmin saytı oradan idarə edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O deyib ki, cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy vermiş Bəxtiyar Əliyev məhkəmədə dindirilməlidir.

Hakim vəsatətə münasibəti növbəti iclasda bildirəcəyini elan edib.

Proses martın 18-dək təxirə salınıb.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Amma barəsində həbs qətimkan tədbiri seçilməyib.(report)



İmza:
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK