adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ƏN AĞIR ZƏRBƏ

FAİQ QİSMƏTOĞLU
41216 | 2019-03-13 13:16

Siz belə bir zərbəni kimdən almısınız? Yaxın dostunuzdanmı,qohumunuzdanmı, yaxud da arxa çevirdiyiniz hər hansı adamdanmı? Sizdənsoruşuram hörmətli oxucu: Ən ağır zərbəni sizə kim vurub: çörək verdiyinizadammı? Atılıb kimsəsiz qalan və sizə sığınan insanmı? Barmağınızın beşini dəbal eləyib ağzına soxduğunuz qohumlarınızmı? Bilmirəm... Bax, bunu siz bilərsiniz. Siz bildiyinizə görə də heçbir şeyi deyə bilmərik...

Bu dünyada elə bir adam yoxdur ki, düşməndən çox süfrəsinin başında əyləşənadamdan zərbə almasın. Adını unutduğum məşhur bir yazıçının məşhur bir əsərindəyazılır: "... Mən o adamı zirzəmidən, tullantıların içərisindən axtarıbtapmışdım. Və o adamın gözlərində hər şey sönmüşdü. İynənin ucu boyda işıqqalmışdı. İynənin ucu boyda işığı üfürə-üfürə gurlaşdırdım. Ona çörək verdim...həyat verdim... və əməlli-başlı adam oldu. Adam olandan sonra isə içindəki ointiqam hissi hansı ki, onu kimlərsə atmışdılar, yenidən oyanmağa başladı. Vəbirdən gördüm ki, yatdığım yerdə başımın üstündə bir hənirti gəlir. Elə bildimevimdə saxladığım itin nəfəsidir. Tez ayağa qalxdım, gördüm ki, həyata qaytardığım və çörək verdiyim oadam bıçağı kürəyimə saplamaq istəyir. Var gücümlə qüvvəmi toplayıb bıçağı onunəlindən aldım. Sonra da onu sakitləşdirib birtəhər stolda əyləşdirdim. Soruşdumki, mən sənə nə pislik eləmişəm ki, məni bıçaqlamaq istəyirdin. Susdu, dillənmədi...Handan-hana dili açıldı. Dedi ki, bu mənim xislətimdir...”.

Görürsünüz, yaxşılığın müqabilində o adam ona işıq verən, həyat verənvə yaşamağa şərait yaradan insanı öldürmək istəyir. Bütün müqəddəs kitablardabuyurulur ki, sən yaxşılıq elə və hətta pislik eləyənlərə yaxşılığını əsirgəmə!Ancaq həyatsa tam başqa üzünü göstərir. Yəni sənin yaxşılıq elədiyin, çörəkverdiyin, arxa durduğun adam günlərin bir günündə kürəyinə bıçaq saplayır. Bizdəbelə bir deyim var: "Yetimdən soruşurlar ki, kimə pislik eləyərsən, deyir ki, mənə çörək verənə”.Bilmirəm, bu deyim nə dərəcədə haqlı və ədalətlidir; amma bir onu bilirəm ki,elə bu deyimin özündə də bir həqiqət var. O həqiqət ki, çoxlarımız bunu həyatınmüxtəlif anında görürük və az qalırıq yerimizdə donub qalaq...

Deyirlər ki, yaxşılıq itmir və pislik də unudulmir. Və kim nə edirsə,gec-tez qabağına çıxır. Sadəcə olaraq, hər şeyin vaxtı var. Yəni bir meyvə müəyyənzaman kəsiyində yetişdiyi kimi, insanın da yaxşı və pis əməlləri nə vaxtsayetişir və bumeranq kimi onun özünə qayıdır...

... 1990-cı illərin əvvəllərində bir məhkəmə oçerki qələmə almışdım.Oçerkin süjet xətti belə idi: ərlə arvadın uşaqları olmur, onlar da körpələrevindən bir uşaq götürüb övladlığa qəbul edirlər. O uşağı yağın, balın içərisindəböyüdürlər. Və uşaq də heç hiss etmir ki, onu böyüdən adamlar doğma valideynləridir,yoxsa ögey. Hər iki valideyn oğlanı böyüdür, pul verib ali məktəbə qoyur, sonraevləndirir və ev-eşik sahibi edirlər. Oğlan bir müddətdən sonra narkotikayaqurşanır. Və gəlib o ata-anasından pulistəyir. Valideynlər də bu pulu çox çətinliklə tapıb verirlər. Artıq hər həftə,hər gün o qoca-ər arvadı boğaza yığır və bir gün də istədiyi pulu tapıb verəbilməyəndə hər ikisini amansızcasına qətlə yetirir. O qocaların nə günahı varidi? Ürəyi yumuşaqlıq və övladına eləyə biləcəyi yaxşılıq hər iki qocaya ölümühesabına başa gəlir...

Görürsünüzmü, bu da yad uşağın övladlığa götürülməyi. Əgər Allah-Təalasənə bir pay verməyibsə, bununla çoxvaxt razılaşmaq lazımdır. Amma bu o demək deyil ki, elə hər övladlığa götürüləndə qatil olur. Bu baxır həmin uşağın qanının təmizliyinə. Əgər qan təmiz deyilsəvə onun içindəki o xislət nə vaxtsa üzə çıxacaq...

Qəribə də olsa bu gün insanların çoxu elə ən ağır zərbəniyaxınlarından, doğmalarından, lap açığını deyək, kimlərin acığına gəlsə də, çörəkverdiyi adamlardan alır. Nə üçün belə olur? Axı kiməsə çörək vermək, əl tutmaqheç də asan deyil. İndiki zamanda heç qardaş qardaşa arxa durmur. Amma görürsənki, doğmaların atdığı və həyatın dibinə düşən bir adamı yad adam o uçurumdançıxarır, həyata qaytarır, ona yeni bir həfəs verir, o isə şükür eləmək əvəzinəelə bir qəddarlıq, elə bir vəhşilik göstərir ki, heç yerə-göyə sığmır.

Bu həm də cahillikdən və savadsızlıqdan doğan bir hərəkətdi. Yənicahil və savadsız adamlar atdıqları addımı heç vaxt dərindən düşünməzlər.Düşündükləri o olar ki, gərək mən onun payını verim. O da kimdi? Həmin adamasöykək olan, arxa duran, çörək verən və ən nəhayət, ağzındakı tikəni ona yedirəninsan. Ağır zərbəni endirən bu cahil və nadan heç vaxt fikirləşmir ki, nə üçünbu addımı atdı...

Tüfeyli həyat sürən, günlərini sülənməklə əvəzləyən bir insana, birevə bir qəpik xeyri olmayan, bütün günü orda-burda ağzına gələni danışan və özübir qəpiyə dəyməyən bu adamlar niyəbaşını qaldırıb göydə Allahı, yerdə də insanlığı yada salmır? Və düşünür ki,onsuz da onun əməlindən heç kəs xəbər tutmayacaq.

Bir dəfə biri əqrəblə dostluq eləyir. Çayı keçib gəlirlər, əqrəb onadəymir. Hansı ki, əqrəbə o qədər yaxşılıq eləyir. Düşünür ki, yəqin əqrəb tayxasiyyətini dəyişib, ona görə də onu sancmır. İkinci dəfə çaydan keçəndə yenə əqrəbləgörüşür. Bu dəfə əqrəb onu sancır. Dostluq eləyən də deyir ki, bəs mən sənə dağboyda yaxşılıq eləmişəm, niyə məni dişlədin?! Əqrəb də qayıdıb deyir ki, biziqınamayın ey, yaxşılıq-zad yadımıza düşən deyil. Sancmaq isə bizim xasiyyətimizdir!..

İndi insan var ki, əqrəb kimi bir şeydir. Səninlə tonlarla çörək kəssədə, uzun illər yoldaşlıq eləsə də, yasda, toyda bir yerdə olsa da, bir gün görəcəksənki, səni sancdı! Və sənə elə bir zərbə vurdu ki, o zərbəni heç düşmənin vurabilməz.

Ən ağır zərbəni biz gözləmədiyimiz yerlərdən alırıq. Ən ağır zərbəniarxa çevirdiyimiz, dost dediyimiz, çörək kəsdiyimiz insanlardan görürük. Bəziləribəlkə də bu düşüncələrə görə məni qınayacaq. Deyəcək ki, müəllimin nə vaxtsadost sarıdan bəxti gətirməyib, ona görə də belə ağrılı-ağrılı danışır. Mən heçbir dostdan zərbə almamışam. Amma yaxınlarımdan zərbə almışam. Necə ki, rinqdəbir boksçu digərinə güclü zərbə endirir. O zərbədən səndirləsəm də Allahın köməkliyiylənakauta düşməmişəm.

...Və siz də belə zərbəyə hər an, hər dəqiqə hazır olun! Çünki adam qəfilzərbəyə hazır olanda o zərbə nə qədər güclü olsa da yıxılmır və onu dəf edir.Çalışın yaxınlarınızın qəfil zərbələrinin nakautuna düşməyəsiniz. Düşsəniz dətez qalxasınız və onu dəf edəsiniz. Bu dünyanın işini bilmək olmur ha! Bir dəgörürsən ki, o qəfil zərbə gəldi və səni tutdu. Qəfil zərbələr bəzən sunamidalğaları kimi güclü olur və səni götürüb aparır.

Çörək verəndə, arxa duranda, yaxşılıq eləyəndə bilin kimə sahibçıxırsınız. Anasının əmcəyini kəsənə, aftafa götürənə, məttaha, yaltağa və ikiüzlüyəheç vaxt arxa durmayın. Çünki zalıma arxa durmaq məzluma zülm eləmək kimi birşeydi...


TƏQVİM / ARXİV