warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul etdi - Yenilənib Adalet.az | Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul etdi - Yenilənib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul etdi - Yenilənib

3036    |   2019-03-13 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də VII Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Adalet.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək Azərbaycana Novruz bayramı ərəfəsində gəlmələrindən və Azərbaycan xalqı tərəfindən onlara göstərilən qonaqpərvərlikdən dərin məmnunluq hissi keçirdiklərini bildirib. Xanım Vayra Vike-Freyberqa dövlət başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi qiyməti yüksək dəyərləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin genişləndiyini vurğulayan Vayra Vike-Freyberqa Mərkəzin İdarə Heyətinə yeni üzvlərin daxil olduğunu və martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun işində 50 ölkədən 500-dən artıq nümayəndənin iştirak edəcəyini vurğulayıb. Xanım Vayra Vike-Freyberqa bildirib ki, "Dünyanın yeni xarici siyasəti” mövzusunda təşkil olunacaq bu Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafından məmnunluğunu bildirən dövlət başçısı Mərkəzin coğrafi əhatə dairəsinin genişlənməsinin, Bakı Forumunun ardınca dünyanın müxtəlif ölkələrində tədbirlər keçirməsinin önəmini qeyd edib və bunu Nizami Mərkəzinin artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Eyni zamanda Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun dünyada mühüm beynəlxalq platformaya çevrildiyini deyib və bu Forum çərçivəsində qlobal əhəmiyyət daşıyan məsələlər ətrafında müzakirələr aparılmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə bundan sonra da ölkəmizin dəstək verəcəyini vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından dövlət başçısına minnətdarlığını ifadə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin bir qrup üzvünü qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb



İmza:

Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblər

Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda- VİDEO

ETSN: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE

Prezident daha bir publik hüquqi şəxs yaratdı

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Vasif Talıbov 7 nəfəri əfv etdi

DTX-nin İctimai əlaqələr şöbəsi KİV nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edir

SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK