adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Mart 2019 12:20
6660
GÜNDƏM
A- A+

Nazirdən pensiyalarla bağlı - Şad xəbər

Bu ayın pensiya ödənişləri qrafik üzrə verilməyə başlayıb. Artıq 10-dan çox rayonun pensiyaları ödənilib.

Bunu Report-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq:

"Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".