adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Mart 2019 12:00
4984
HADİSƏ
A- A+

Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən "Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.