adalet.az header logo
  • Bakı 16°C
13 Mart 2019 11:45
5401
HADİSƏ
A- A+

Salyanda ağac kəsən şəxs cərimələndi

Salyanda ağac kəsən şəxs cərimələndi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.