adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2019 11:40
4887
HADİSƏ
A- A+

12 nəfəri aldadıb pulunu alan Bakı sakini saxlanıldı

Bakıda 12 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.