adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2019 11:33
4578
HADİSƏ
A- A+

Göyçayda iki avtomobil toqquşub piyadanı vurdu

Göyçay rayonunda yol qəzası baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Qasimov Anar Şakir oğlunun idarə etdiyi avtomobillə qarşı hərəkət zolağında olan "Mercedes" markalı avtomobil toqquşub. "Mercedes"lə toqquşan avtomobil yol kənarındakı piyada, 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmiraslan oğlunu vurub.

A.Qasımov və T.Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.