adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2019 10:35
8077
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 900-dən artıq dini qurum qeydiyyatdan keçib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeniqeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Adalet.az-ın məlumatına görə, bununlabağlı keçirilən tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirlərivə dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət tərəfindən din sahəsinə göstərilən diqqət və qayğı hər zaman özünübüruzə verir. Onun sözlərinə görə, müxtəlif dinlərin, millətlərinnümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığıölkəmizdə multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyattərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır.

Natiq onu da deyib ki, dini qurumların yenidən dövlət qeydiyyatınaalınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdankeçib.

Milli-mənəvi dəyərlərimizin düzgün şəkildə gənclərə çatdırılmasınınönəminə toxunan sədrin birinci müavini bu məqsədlə DQİDK-nın tabeliyindəyaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətində ölkədə mövcuddini konfessiyaların dəstəklənməsinə, milli-mənəvi dəyərlərə bağlılığıngücləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

Dini icma sədrlərinə müvafiq tövsiyələrini verən S.Salahlı icmaları diniradikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəalolmağa çağırıb.

Dini icma sədrləri vətəndaşların vicdan azadlığının yüksək şəkildə təminolunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdanməmnunluğunu ifadə ediblər.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.