adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Mart 2019 10:26
11111
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SUSQUNLUĞA YOZUM

Susmağınla könlümdə -
qəm göyərdirsən , gülüm...
Bununla sevdiyinə -
nə öyrədirsən , gülüm?!

Mən nəm çəkən , göy də nəm
Yerdə də hər tərəf daş...
Xəyallarım göydələn -
kipriklərim də ki yaş...

İçimdə danışıram
Hər addımım nəzərdə...
Mən durumda kim olsa -
Havalı tək gəzər , də!

Sən susursan , mən isə
Min fikir əridirəm...
Bax beləcə ... nə isə -
susmağı tərgidirəm!..