adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Mart 2019 18:00
9145
SİYASƏT
A- A+

“Mehriban xanımın Fransa səfəri əlaqələrin yeni mərhələyə yüksəlməsinə xidmət edir”

"İstər Fransa, istərsə də digər inkişaf etmiş dövlətlər Azərbaycanla əlaqələri yüksək səviyyədə, qarşılıqlı maraqların təmin olunması çərçivəsində təşkil etməkdə maraqlıdır”.

BunuModern.az-a Milli Məclisin komitə sədri Səməd Seyidov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri haqqında danışarkən deyib. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq münasibətlər çərçivəsində elə bir mövqe tutur ki, yalnız region deyil, dünyanın bütün ölkələri Azərbaycanla ikitərəfli münasibətlər qurmağa çalışır:


"Avropanın inkişaf etmiş ölkələrindən biri, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ilə xüsusilə münasibətlərimiz normal inkişaf etdirilməlidir. Bir müddət öncə biz Fransa ilə bağlı sərt bəyanatlarla çıxış etdik. Xüsusilə, Fransanın bir neçə vilayətinə qondarma Dağlıq Qarabağ nümayəndələrinin dəvət olunması, onlarla dırnaqarası sazişlərin imzalanması Azərbaycanın etirazına səbəb oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri erməni lobbisinin bu dövlət içərisində rəsmi Parisin milli maraqlarına qarşı işləməsinin, Azərbaycan-Fransa münaisbətlərinin pozulmasına cəhdlərin reallaşdırılmasını əngəlləyəcək. Çünki Fransanın milli maraqları baxımından da Azərbaycanla əlaqələrin yüksəldilməsinə təkan verilməsi önəmlidir.
Mehriban xanımın bu ölkəyə səfəri siyasi, iqtisadi və mədəni səviyyədə əlaqələrin yeni mərhələyə yüksəlməsinə xidmət edir. Səfər çərçivəsində imzalanmış sənədlər Fransa və Azərbaycan əlaqlərinə müsbət təsir edən amillərdir. Azərbaycan-Fransa əlaqələrinin güclənməsi ölkələrimiz arasında münasibətlərə zərbə vurmağa cəhd edən erməni lobbisinə güclü cavabdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı Azərbaycanın Avropadakı mövqeyinə müsbət təkan verəcək. Ona görə, mən birinci vitse-prezidentin bu səfərini yüksək qiymətləndirirəm. Səfər çərçivəsində imzalanmış sənədlərlə, əldə olunmuş razılıqlarla bir daha beynəlxalq ictimaiyyətə sübut etdik ki, Azərbaycan fərqli, əvəzolunmaz dövlətdir. Xüsusilə, ölkəmiz öz maraqlarını müdafiə etmək və özünə qarşı hər hansı fərqli münasibəti dəf etmək iqtidarındadır”.