adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Mart 2019 17:47
7486
GÜNDƏM
A- A+

Mehriban Əliyeva Sarkozi ilə görüşdü

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Adalet.az-ın xəbərinə görə, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.