Cahangir Əsgərov təyyarə qəzalarından danışdı
"Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar "Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır".
Bunu "AZAL”ın prezidenti Cahangir Əsgərov bildirib. O qeyd edib ki, "Boeing 737 MAX-8" hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqam müəyyənləşib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb: "Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.
Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə "Boeing" korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd "Boeing 737 MAX-8" tipli təyyərə gətiriləcək.
"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq", – deyə Cahangir Əsgərov bildirib.
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boeing 737 MAX-8" tipli təyyərələrin istismarını müvəqqəti dayandırdığını bildirib. (ONA)
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06