adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Mart 2019 15:38
13001
MƏMLƏKƏT
A- A+

İtirilmiş çörək ətri - SORĞU

Əvvəllər kənddə təndirə çörək yapılanda çörəyin qoxusu, ətiri hər tərəfə yayılardı. İndi çörəyin qoxusunu duymaq olmur. Bunun səbəbləri nələrdir?

Adalet.az mövzuyla əlaqədar sorğu keçirib. Cavabları təqdim edirik.



Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev: "Səbəbi ondan ibarətdir ki, müəyyən qruplar var, manapoliya yaradıblar. Xaricdən keyfiyyətsiz taxıl alırlar. Çörəyi bərbad günə qoyurlar. Azərbaycan xalqını çörəkdən məhrum edirlər.”






"Əməkdar jurnalist” və teletənqidçi Qulu Məhərrəmli: "Bunun çox sadə səbəbi var. O dövrdə torpaq da keyfiyyətli idi, buğda da, həmin buğdadan dəyirmanda üyüdülüb alınan un da. Amma indi həmin çörəyin ərsəyə gəlməsində iştirak edən bu elementlərin hamısı korlanıb. Yəni mühit və ekologiya həminki deyil, torpağa çax zərərli maddələr hopub. Buğdanın sortu dəyişib, güclü hibridləşmə gedib. Belə olan halda həmin o çörək ətri necə gəlsin?!







"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "Uşaq vaxtında olan qoxuların çoxu unudulur, çoxu yoxa çıxır. Rayona gedəndə və yaxud hansısa kəndə gedəndə təndir çörəyi bişirilir və bir balaca qoxusu gəlir, ancaq əvvəlki qoxu yoxdur. Görünür orda insanın uşaqlığının rolu var. Eyni zamanda buğdanın rolu var, bişirilən çörəyin içinə qatqıların rolu var. Mənim də unutmadığım qoxulardandı çörək qoxusu.”







Aktyor Kamran Ağabalayev: "Qısa və lokanik cavab verəcəm. Sadəcə bu gün insanlar təndir çörəyinin qoxusunu duymaq istəmir. Səbəbi yalnız budur.”