Şamaxıda zəlzələdə evləri dağılan ailələr üçün bina tikilir
Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
Bu barədə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: "Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir".
Baş memar əlavə edib ki, ümimilikdə 255 ev tam qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
Bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: "Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir".
Baş memar əlavə edib ki, ümimilikdə 255 ev tam qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.(trend)
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03