adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Mart 2019 15:09
25339
TEXNOLOGİYA
A- A+

Daxili Qoşunların “Bakcell”li hərbi qulluqçuları bu gün pulsuz danışacaq

Daxili Qoşunlar günü münasibətilə Bakcell şirkəti bütün Daxili Qoşunları hərbi qulluqçularını təbrik edib.

Bakcell-dən Adalet.az-a verilən məlumata görə, bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, "Bakcell” peşə bayramı münasibətilə gün ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularına şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, "Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunları hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.