adalet.az header logo
  • Bakı 16°C
12 Mart 2019 11:40
4897
GÜNDƏM
A- A+

Şəhid ailələri, məcburi köçkünlərlə bağlı qanunlara dəyişikliklər ediləcək

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir.

İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Komitənin sədri Hadi bildirib ki, gündəliyə kənd təsərrüfatı kooperasiyası, turizm, elektik stansiyaları, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəşt, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi, dövlət rüsumu, həmçinin, Əmək, Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri və digər qanunvericilik aktları daxildir.

Deputat bildirib ki, qanun layihələrinin bir çoxu üç oxunuşda müzakirələrdən keçiriləcək. "Bunlar mühüm dəyişikliklərdir”-deyə o sözlərinə əlavə edib