Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fədayə Laçın əfv oluna bilər? - AÇIQLAMA Adalet.az | Fədayə Laçın əfv oluna bilər? - AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçın əfv oluna bilər? - AÇIQLAMA

30863    |   2019-03-12 11:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində ölkə rəhbərinin humanist addımlarından biri kimi əfv sərəncamının imzalanacağı gözlənilir.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu ilin yanvar ayından start verilən iclasları martın 6-da yekunlaşıb. İclaslarda yüzlərlə müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb.

Hamı əfv sərəncamının imzalanmasını gözləyir. Uzun müddətdir hamının yaxından izlədiyi məhkəmə prosesində məhbusların qaçmasında təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın da əfvə düşə bilərmi?

Bu sualla onun hüquqlarını müdafiə edən Nurəngiz Qarayevaya müraciət etdik.

Vəkil N.QarayevaModern.az-a açıqlamasında bildirdi ki, müvəkkili Fədayə Laçın əfv ərizəsi yazmayıb:

"İş hələ davam etdiyindən tərəfimizdən heç bir müraciət yoxdur. Biz hazırda Apellyasiya Məhkəməməsinin qərarını gözləyirik. Məhkəmənin qərarına daha çox ümid edirik. İnanırıq ki, Apellyasiya Məhkəməsinin qərarı ilə Fədayə Laçın azadlığa çıxar”.

Vəkil qeyd edib ki, müvəkkilinin saxlanma şəraiti, səhhətilə bağlı hər hansı narahatlığı yoxdur.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.




İmza:

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror

Taleh Bağırzadənin xanımının cinayət işinə xitam verildi

Azərbaycanda 397 vəzifəli şəxsə cinayət işi açılıb

Zakir Qaralovdan Rafael Cəbrayılovla bağlı açıqlama

Eks deputat bəraət istədi - Məhkəmə müşavirəyə yollandı

Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”...

Fuad Qəhrəmanlının boşanma məhkəməsi təxirə salındı - Yenilənib

Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü

Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK