adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Mart 2019 11:17
7374
GÜNDƏM
A- A+

3 yaşa qədər uşaqların müavinəti artırılacaq - Prezident tapşırıq verdi

"Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Hadi Rəcəblideyib.

Komitə sədri qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlardaxildir:

"Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezidentİlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.


H.Rəcəbli qeyd edib ki, bu gün çox eybəcər "elektron müharibə" gedir, eybəcər addımlar atılır, lakin bütün bunlar Prezident İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir: "Cəmiyyət də bütün imkanlardan istifadə edib sabitliyi qorumalıdır, bunun üçün Prezidentin ətrafında daha sıx birləşməlidir".