warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Kolanı-qədim türk tayfası Adalet.az | Kolanı-qədim türk tayfası Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / Layihə

Kolanı-qədim türk tayfası

1927    |   2019-03-12 00:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Kolanı mahalı Qarabağ xanlığının ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynayan bölgələrdən biri olmuşdur.
Kolanı mahalının mərkəzi əvvəlcə Gərravənd kəndi, sonra Şıxavənd kəndi olmuşdur. Mahalın ərazisi Uşacıq kəndindən Tərtər çayı boyu, Göyçə sərhədinə qədər uzanırdı. XİX yüzilin görkəmli tarixçisi Mirzə Adgözəl bəy Kolanı mahalının sərhəd-sınırının yuxarıda qeyd olunan əraziləri əhatə etdiyini və tarixən bu ərazilərin onların məskəni olduğunu yazır.
Pənahəli xan igidliyi, qoçaqlığı, mərdanəliyi ilə seçilən kolanılara çox inanır və onlara etibar edirdi. Kolanı başçılarından İman bəy Allahveys bəy oğlu Gərravənd Qarabağ xanına xidmət etmişdi.
İbrahimxəlil xan Sarıcalı-Cavanşirin hakimiyyəti dövründə tanınmış kolanı bəyləri aşağıdakılar idi: Əli bəy Sədir bəy oğlu Gərravənd, Qələndər bəy Sədir bəy oğlu Gərravənd, Lələ bəy Əmirxan bəy oğlu Gərravənd, Turab bəy Çıraq bəy oğlu Gərravənd, Teymurxan bəy Allahveys bəy Gərravənd, İsaxan bəy Allahveys bəy Gərravənd, Tanrıqulu bəy Umud bəy oğlu Gərravənd, Novruz bəy Umud bəy oğlu Gərravənd, Mirzə Həsən bəy Ata bəy oğlu Şıxavənd, Qəhrəman bəy Şərif bəy oğlu Şıxavənd, Bayraməli bəy Sırxavənd, Kazım bəy Papravənd və s.
Kolanılar ayrı-ayrı tarixi dövrlərdə Qarabağ xanlığı ilə bərabər Çuxursəd və Qarabağ bəylərbəyliyinə bağlı olmuşlar.
Mahalın ərazisində sonralar bir neçə qeyri-müsəlman ailəsinə də yer verildi. Bu qeyri-müsəlmanlar kolanıların qapı-bacasında, təsərrüfatında işləyir, onların mal-qoyununu bəsləyirdilər.
Mahalın ərazisində Kolanı elinə daxil olan Gərravənd-1, Gərravənd-2, Gərravənd-3, Şıxavənd, Papravənd, Sırxavənd... obalar qərar tuturdu. Mahalın inzibati quruluşu: Mahallar nahiyələrə, nahiyələr isə kəndlərə, yaxud obalara bölünürdü. Mahallara naiblər başçılıq edirdilər. Naibləri xan şəxsən təyin edirdi. Hər mahalda bir, əhalinin sayından asılı olaraq kəndlərdə iki və daha artıq naib olurdu.
Naiblər təsadüfi adamlardan təyin olunmurdu. Onlar köklü-köməcli feodallardan, hərbi-köçəri əmirlərdən seçilirdi və çox zaman irsi xarakter daşıyırdı.
Xanın təyin etdiyi məvacib hesabına dolanan naiblər bir sıra hüquqlara malik idi. Onlar əsasən vergiyə nəzarət edir, vergi verməkdən boyun qaçıranları vergi ödəməyə məcbur edir, cinayətkarları cəzalandırır, mahal idarəsinə məmurlar qəbul edir və çıxarır, lazım gələndə kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdu və s. Onlar "əhalinin pis niyyətlərinin qarşısını alır, oğru dəstələrini məhv edir, şübhəli adamları həbs edərək divanbəyinə təhvil verir, əhalini poçt yolu çəkmək, xan əmlakını bir yerdən başqa yerə aparmaq və s. dövlət mükəlləfiyyətlərini daşımağa məcbur edirdi".
Cavanşir, Cavanşir-Dizaq, Dizaq-Cəbrayıllı, Otuziki, Kəbirli, Dəmirçihəsənli, Kolanı, Qaraçorlu və Püsyan mahallarının əhalisini köçəri el-obalar təşkil etdiyindən bu məntəqələrə minbaşılar başçılıq edirdilər.
Kolanılar Mehdiqulu xanın inandığı və daha çox etibar etdiyi camaatlardan biri idi. Bunun nəticəsi idi ki, 1822-ci ildə Mehdiqulu xan İrana qaçarkən özü ilə Kolanı camaatından xeyli adam götürmüşdür. Onların arasında nüfuzlu kolanılar-Ağa bəy Həsən bəy oğlu Şıxavənd, Mirzəxan bəy Qara bəy oğlu Şıxavənd, Qaytaran bəy Qəhrəman bəy oğlu Şıxavənd, İbrahimxəlil xanın qaçqınlıq dövründə məsləhətləşdiyi din adamları-Molla Əskər Vəli oğlu Sırxavənd-Kolanı, Molla Mustafa Mustafa oğlu Şıxavənd-Kolanı da var idi.
Nadir şah Əfşarın XVİİİ yüzilin 30-cu illərində Xorasandan Azərbaycana (Araz çayının şimal hissəsinə) köçürdüyü tayfalar içərisində kolanılar da olmuşdur. Onlar müxtəlif ərazilərdə, o cümlədən Qarabağda da məskunlaşmışlar. Qarabağ, Naxçıvan və Şirvanda yaşamış kolanılar əsasən, heyvandarlıqla məşğul olmuşlar. Orta əsrlərdə Qarabağın Kolanı mahalında əsasən kolanı tirələri üstünlük təşkil etmişlər.
1823-cü ilə bağlı rus qaynağnda Qarabağ əyalətinə bağlı olan Kolanı mahalının kənd və obalarının əhalisinin vergi verən və vergidən azad olan hissəsi haqqında bilgi vardır.Həmin mənbədə bildirilir ki, kolanılardan 203 ailə vergi ödəyir, 259 ailə isə vergi ödəmir. Kəndlərdən və obalardan bəzi nümunələri diqqətə çatdırırıq:
Qərvənd kəndi-40 ailə vergi ödəyirdi. Vergi ödəməyənlər-maaf-2 ev, kəndxuda-3 ev, Ağa bəyin rəncbəri-1 ev, Salman bəyin rəncbəri-2 ev.
Şıxavənd kəndi-40 ev vergi ödəyir. Vergi ödəmirdi- kədxuda-2 ev, kasıb-2 ev. Bu kəndə bağlı olan köçəri Banurvənd- Qoça -12 ailə, kədxuda-1 ailə, kasıb-2 ailə vergi ödəmirdilər.
Sırxavənd-kolanı kəndi-67 ev vardı. Onlar çoxdandır ki, vergi ödəmirlər.
Qərvənd kəndi-22 ev vardır. Onlar çoxdandır ki, vergi ödəmirlər.
Qızılhacılı kəndi-40 ailə vergi ödəyir. Vergi ödəməyənlər: Məhəmməd ağa, onun qardaşları və doğmaları-8 ailə, Məhəmməd ağanın rəncbərləri-6 ailə, Məhəmməd ağanın 3 qardaşının rəncbərləri-6 ailə, molla-1 ailə, dəllək-1ailə, çavuş-1 ailə, kasıb və yetimlər-4 ev
Dinni Bayəhmədli kəndi-42 ailə vergi ödəyir. Vergi ödəmirdi-molla-3 ailə, kasıb-6 ailə, starşına Zeynalabdin ağa-1 ailə, starşına Sadıq ağa-1 ailə, imkansız-2 ailə, podporuçik Mirzə Adgözəlin rəncbərləri-25 ailə, podporuçik Mirzə Adgözəlin əmisi (dayısı)-2 ailə, podporuçik Mirzə Adgözəlin nökəri, rəncbəri və işçiləri-12 ailə. podporuçik Mirzə Adgözələ bağlı olan Varvaralı Qaroğlanlı kəndində 10 ailə və podporuçik Mirzə Adgözəlin qonşuları-7 erməni ailəsi vergidən azad idilər. Cəmilli kəndi-19 ailə vergi ödəyirdi. Vergi ödəmirdi-İsmayıl ağa-1 ailə, onun xidmətçisi-4 ailə, onun qardaşı-4 ailə, qardaşlarının xidmətçiləri-4 ailə, molla-1 ailə, çavuş-1 ailə, kədxuda-1 ailə, dul-2 ailə.
Qaraqoyunlu Mirzəxanlı kəndi-10 ailə vergi ödəyirdi. Vergi ödəmirdi-kədxuda Mustafa ağa-1 ailə, onun rəncbərləri-2 ailə, kasıb-1 ailə, dul-1 ailə.
Aqmaxi kəndi-qeyri-müsəlmanlar- kovxa-1 ev, kəndli-8 ev, kasıb-1 ev, heç biri vergi ödəmir.
Yeri gəlmişkən deyək ki, İ Dünya müharibəsinə könüllü yazılan qarabağlıların içərisində Kolanı Cəmiyyətinin də üzvləri yer almışdır. Həmin könüllülər aşağıdakılardır:

(ardı növbəti sayımızda)

Faiq Şükürbəyli,
Tarixçi-etnoqraf,
fəlsəfə doktoru

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK