adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Mart 2019 18:17
5483
GÜNDƏM
A- A+

Teatr işçilərinin maaşı 50 faiz artdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Adalet.az -ın məlumatıan görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".