adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Mart 2019 14:12
5201
HADİSƏ
A- A+

Bakıda azyaşlı qız atasının maşınının altında qalıb öldü

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində "Mercedes” markalı avtomobilini saxlayıb düşüb, bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.