"EY TüRK! BiR MiLLƏT KiMi BüTüNLƏŞ, SƏN BüTüNLƏŞƏNDƏ BÖYüK OLURSAN!"

AQİL ABBAS
25679 | 2009-08-01 00:50
Dünyanın qüdrətli dövlətlərində müxtəlif sahələr üzrə ixtisaslaşmış qüdrətli mafiyalar fəaliyyət göstərir. Və dövlət də bu mafiyalarla əlbirdir, mafiyalara nəzarət edir. Burda həm həmin dövlətlərin dövlət maraqları var, həm də təbii ki, dövləti yönəldənlərin şəxsi maraqları var. Heç bir mafiya da dövlət dəstəyi olmadan fəaliyyət göstərə bilməz, bu mümkün deyil. Yalnız oğru qanunları ilə fəaliyyət göstərənlər dövlətə tabe olmurlar, amma onların da dövlətin içində mütləq bir söykənəcəkləri kimsə var.
   
    Yəni dövlət onlara da müəyyən bir nəzarət edir. Əgər onlar da dövlətin nəzarətindən çox çıxsalar, qırmızı cizgini aşsalar, dövlət tərəfindən ustalıqla cəzalandırılırlar və dövlət də həmin cinayəti başqa bir cinayətkar qrupun üstünə atır. Söhbət xırda-mırda mafiyalardan, oğurluqla, quldurluqla məşğul olan restoran-mestoran işlədən kiçik mafiyalardan getmir. Belə mafiyaların fəaliyyəti üzaqbaşı çəkər beş il-on il, sonra hamısı məhv edilər. Söhbət qüdrətli mafiyalardan gedir. Bir sahəni bütün dünyada yönəldən mafiyalardan gedir. Bir neçəsini açıqlayaq.
   
   
   
   1. Silahla məşğul olan mafiya
   
   2. Narkotika ilə məşğul olan mafiya
   
   3. İnsan alveri ilə məşğul olan mafiya
   
   4. Dərman preparatları ilə məşğul olan mafiya
   
   5. Sırf terrorla məşğul olan mafiya
   
   Bu mafiyaları ABŞ başda olmaqla, Rusiya böyründə olmaqla Avropanın qüdrətli dövlətləri yaradıblar və idarə edirlər.
   
   Məsələn, "Əl-Kaidə" terror təşkilatı ABŞ tərəfindən yaradılıb, bu gün də ABŞ tərəfindən idarə olunur. Və heç kəsə də sirr deyil ki, Bin Laden ABŞ-ın hansısa bir adasındamı, ya bir mənzərəli yerindəmi öz istirahətində, öz kefindədi. Doğrudanmı yerdəki iynəni kosmosdan nəinki tapan, hətta həmin iynənin hansı ölkədə istehsal olunduğunu göydən öyrənə bilən ABŞ iynədən bir milyon dəfə böyük olan Bin Ladeni tapa bilmir?! Doğrudanmı maşın sürməyi hələ öyrənə bilməyən ərəb təyyarələri dəqiqliklə Nyu-Yorkdakı məlum göydələnlərə və Pentaqonun bilgisayar mərkəzinə vura bilər? Nənələrimizin bizə dediyi nağıllar bunların yanında həqiqətdi.
   
   Gələk mətləbə. Bugünki söhbətimiz Dərman Preparatları Mafiyası ilə bağlıdır.
   
   Dəfələrlə filmlərdə də baxırsınız, hadisələr də əsasən ABŞ-da cərəyan edir. Dövlət yoluxucu xəstəliklər yaradır, sonra bunu yayır, sonra da bunun dərmanları tapılır.
   
   Əslində Harvard yox, heç bizim Tibb Universitetində yox, orta səviyyəli müəllimlərin dərs dediyi özəl ali məktəbin tibb fakültələrini də bitirənlər bilir ki, belə süni yaradılan yoluxucu xəstəliklərin dərmanları xəstəliyin özündən əvvəl yaranır. Dərman Preparatları Mafiyasının qazandığı pul heç də yuxarıda sadaladığım digər mafiyaların qazandığı pullardan az deyil. Və Dərman Preparatları Mafiyası adlarını sadaladığım digər mafiyalardan da zəif deyil.
   
   Və bu Dərman Preparatları Mafiyası hər il müxtəlif xəstəliklər icad edirlər, dünyaya yayırlar, sonra da onun vaksinlərini həmin mafiyanın əlinin altında olan elmi laboratoriyalar tapırlar (guya tapırlar, vaksin əvvəldən hazırdı) və sonrası da məlum.
   
   Bir "Sibir yazvası" dünyanı silkələdi. Aləm dəydi bir-birinə, ölkələr qalxdı ayağa. Amerika belədən hoppandı, İngiltərə o tərəfdən hoppandı, Fransa bu tərəfdən silkələndi, adə qoyma. Qardaşım, nə oldu, day bu xəstəlikdən danışan yox, yazan yox, bu xəstəlikdən ölən yox.
   
   Bir "Çin tozu" çıxdı ortalığa. Yenə dünya qalxdı ayağa. İnsanlar hətta qəzet oxumaqdan qorxdular ki, birdən "Ədalət" qəzetinə "Çin tozu" vurmuş olarlar. Ölənlər, qırılanlar, xəstələnənlərg bəs nə oldu? Nə haqqında yazırlar, nə danışırlar, nə ölənlər var, nə qırılanlar var.
   
   Yeri gəlmişkən, bunlar həm də hansısa bir dövlətə iqtisadi zərbə vurmaq, həmin ölkənin iqtisadiyyatını zəiflətmək, məhv eləmək məqsədi daşıyır.
   
   Adə qoyma, Çin oyuncaqları uşaqları qırdı qurtardı. Çin oyuncaqlarından ən çox istifadə edən ölkələrdən heç birində hələ ki bu oyuncaqdan ölən bir uşaq adı qeydə alınmayıb. Mətləbdən uzaqlaşmayaq.
   
   Sonra "Quş qripi". Yenə aləm dəydi bir-birinə.
   
   
   
   Deməli, quş Afrikadan beş min kilometr uçur gəlir Azərbaycana. Özü də qrip olub. Bir ay uçur göydə ölmür, gəlir elə Azərbaycanda gölə düşən kimi ölür. Məlum olur ki, yazıq quş qripiymiş.
   
   Sözgəlişi. Qrip çox qəribə xəstəlikdi. Qripə yoluxan həkimlərin köməyi ilə bir həftəyə sağılır. Yox, mənim kimidisə, həkimə getmək mədəniyyəti yoxdusa, dərman qəbul eləmirsə, yenə bir həftəyə sağalır.
   
   "Quş qripi"nin ən dəbdə olan vaxtı idi. Ekologiya naziri dostum Hüseynqulu Bağırov da Ağcabədidə qonaq idi. Dostlarım bilir ki, mən ov əti xoşlayanam. Bizə bir turaclı plov hazırlamışdılar, mənim xahişimlə. Süfrə arxasında oturanlar bir qədər çəkindilər. Çox qəribədi ki, Hüseynqulu Bağırov da güldü, mən də, ikimiz çox ləzzətlə plovu yedik. Sonra o biri yoldaşlar da bizə qoşuldular. Dedim, qardaş, bunlar nağıldı. "Quş qripi" xəstəliyi yayan mafiya hələ Ağcabədidəki turaclara gəlib çatıb xəstələnmək üçün iynə vurmayıb. Narahat olmayın.
   
   İndi də "Donuz qripi". Allahın ən zəhləsi gedən heyvanın qripi. Sürətlə dünyada yayılır. Nəhayət, iki dənəsini də bizə göndərdilər. Hər halda ehtiyatlı olmalıyıq, xoş gəlməyiblər, səfalar da gətirməyiblər, xəstəlik gətiriblər.
   
   Ötən günlərdə Türk televiziyalarından eşitdim ki, təkcə Türkiyəyə bu xəstəliklə mübarizə aparmaq üçün 10 milyon vaksin lazımdı. Bu da təxminən Türkiyə əhalisinin 13 faizi edir. Ümumiyyətlə götürsək, bu xəstəlikdən dünyanı xilas eləmək üçün 1 milyarda yaxın vaksin lazımdı. Bunun pulunu daşımaq üçün nəinki qırx baş 41 min dollarlıq eşşəyin, heç qırx qatarın da gücü çatmaz.
   
   Bu Dərman Preparatları Mafiyasının qazancı. Söhbət təkcə sosiskadan getmir, "vnimatelni" olmaqdan gedir.
   
   Bu həm də insanları psixoloji təsir altında saxlamaq, əsəbləri ilə oynamaq və sair və ilaxır deməkdir.
   
   Bəli, Allahın Yer üzünün əşrəfi adlandırdığı İnsan yuxarıda sadaladığım mafiyaların əllərində üzərlərində təcrübə aparılan dovşana çevrilib. Xüsusilə də kiçik xalqlar qüdrətli dövlətlərin əlində nəinki dovşana, hətta böcəyə çevrilib.
   
   Allah insanda bütün xəstəliklərə qarşı immunitet yaradıb. İnsan öz bədənini qoruyarsa, həmin immunitetin hesabına heç bir xəstəliyə tutulmaz.
   
   Dünyanın böyük dövlətlərinin əlində dovşana və ya böcəyə çevrilməmək üçün hər bir xalq da bütünləşməlidi, bir insana çevrilməlidi, özünü Allahın ona bəxş etdiyi immunitetin hesabına qorumağı bacarmalıdı.
   
   Atatürk deyir: "Kendinə gəl, türk oğlu, sən kendinə gələndə böyük olursan!". Əslində deməliydi: Sən bütünləş, millət, sən bütünləşəndə böyük olursan. Və əslində özü də o işi gördü. Türkləri bir millət kimi bütünləşdirdi və milləti xilas elədi.
   
   İndi görürsünüz Türkiyə dağılır, çünki artıq millət bütün deyil. Bu "donuz qripi"di, "quş qripi"dig
   
   ...Yeri gəlmişkən, bir hadisəni söyləməsəm olmaz.
   
    "Quş qripi"nin dəbdə olan vaxtı Xızının keçmiş icra başçısı Tahir Quliyev bir məclisə girərkən dostları ona zarafat elədilər ki, Tahir, Xızıda "Quş qripi" yoxdu? O da istehza ilə gülüb dedi:
   
   - Yox, eşşək qripi var, istəyirsiniz bir az göndərim sizə...
   
   ... at qripidi, it qripidi, Sibir yazvasıdı, Çin tozudu, nə bilim gələn il daha nə tapacaqlar, təkcə bu xəstəliklərə qarşı deyil, yuxarıda sadaladığım bütün mafiyalara qarşı mübarizə aparmaq üçün nə vaksinə ehtiyacımız var, nə də hansısa bir dərmana, nə də Metyu Brayzaya...
   
   ... Bir millət kimi bütünləşmək lazımdı.
   
   Deyəsən mən də tarix üçün qiymətli bir söz dedim ey: "Ey Türk! Bir millət kimi bütünləş, sən bütünləşəndə böyük olursan!"

TƏQVİM / ARXİV