adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Mart 2019 12:26
6285
GÜNDƏM
A- A+

Səhiyyə naziri Avropa Liqasının final oyunun tibbi təminatı haqda əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev "Futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə” əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,əmr "Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək.