adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Mart 2019 11:16
6451
MƏMLƏKƏT
A- A+

Azərbaycandan Həccə getmək istəyənlərin sayı 150-ni keçib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının ikinci həftəsində 150-dən artıq insan müraciət edib.

Bu barədə Trend-ə özəl olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hazırda sənəd qəbulu davam edir. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyənlər bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.