adalet.az header logo
  • Bakı 20°C
10 Mart 2019 17:00
17501
DÜNYA
A- A+

Tramp Konqresdən Ay üçün 500 milyon istəyəcək

ABŞ Prezidenti Donald Tramp Ayın öyrənilməsi proqramı çərçivəsində Konqresdən əlavə 500 milyon dollar istəməyi planlaşdırır.

 Adalet.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal” yazıb.

Məlumata görə, əlavə vəsait 2019-cu ildə Ay modullarının hazırlanması və buraxılışı sahəsində ABŞ-ın bu sahənin aparıcı dövlətləri ilə əməkdaşlığını daha da inkişaf etdirəcək proqrama yönəldiləcək.

Tramp administrasiyası ümumilikdə NASA-nın Ay proqramı üçün Konqresdən 21 milyard dollar tələb edir.