adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Mart 2019 15:45
16379
DÜNYA
A- A+

Quaido xalqı yürüşə çağırdı

Venesuela müxalifətinin lideri Xuan Quaido vətəndaşları paytaxt Karakasa yürüş etməyə çağırıb.

Adalet.az xəbər verir ki, Quaido ölkə ərazisinə səfərə çıxacağını və səfərin sonunda yürüşün vaxtını açıqlayacağını qeyd edib.

Müxalif lider ehtiyac olacağı halda xarici müdaxiləyə ümid etdiyini bildirib. Onun sözlərinə görə, ölkənin konstitusiyası Venesuela hərbçilərinin xarici ölkələrdə əməliyyatlarda iştirakına və eyni şəkildə əcnəbilərin də ölkə ərazisində əməliyyat keçirməsinə icazə verir.