adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Mart 2019 11:00
15540
DÜNYA
A- A+

Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar

Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və idlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar.

Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa, Aki-Baer, Kimsiba və Kermel (2 dəfə), Hama əyalətinin Açan, Tell-Bazzam və Əl-Hodor-Mar-Zliya, Hələb əyalətinin Vrede, Nits və Əl-Burayc, İdlib əyalətinin Əs-Salahiyə, Əl-Vasitə, Sukkari, Abu-Omar, Niha və Əl-Fhayl yaşayış məntəqələrini atəşə tutublar".

V.Kupçişin əlavə edib ki, sutka ərzində 5 yaşayış evi və bir tibb məntəqəsi bərpa edilib: "Qaçqınların keçmiş yaşayış yerlərinə qayıtması prosesi davam edi... Martın 8-i üçün olan vəziyyətə görə 225 896 nəfər qayıdıb".