warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb Adalet.az | Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb

8022    |   2019-03-09 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qubada qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qubada yaşayan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1500 manata yaxın olan 3 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ və 1 ədəd mobil telefon oğurlandığı müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər oğurluğa görə məhkum məhkum olunmuş 26 yaşlı Teymur Əliyev və tanışı Xaçmaz rayon sakini 24 yaşlı Yaşar Əhmədov oğurluq hadisəsindən bir gün sonra rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğruluq hadisəsini etiraf edərək, oğurluq nəticəsində əldə etdikləri qızıl-zinət əşyalarını Xaçmazda qızıl alqı-satqısı məntəqələrinin birində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK