adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Mart 2019 14:58
11309
MƏMLƏKƏT
A- A+

Novruz bayramı ərəfəsində növbəti yarmarka keçirilib

Qaradağ rayonun Lökbatan qəsəbəsində Novruz bayramı ərəfəsində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.

Qaradağ Rayon İca Hakimiyyətindən verilən məlumata görə, satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.

Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.