adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Mart 2019 11:22
10882
MƏMLƏKƏT
A- A+

Şadlıq evi və iki zavod hərraca çıxarıldı - Siyahı

Mərdəkanda yerləşən "Aydınlıq” şadlıq evi hərraca çıxarılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi elan edib.

Auksiona çıxarılan iri müəssisələrdən biri də Qusarda kərpic zavodudur. Həmçinin, Suqmayıtda qazdoldurma stansiyası, Şəmkirdə balıq zavodu komitə tərəfindən hərraca çıxarılıb.

Astarada Mədəniyyət Nazirliyinin balansında olan "Azərbaycan” kinoteatrı, Cəlilabad, Goranboy və başqa bölgələrdə də müxtəlif obyektlər, tikililər hərracla satışa çıxarılıb.

Komitə hərracların aprelin 9-da keçiriləcəyini xəbər verib.