adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Mart 2019 11:08
6448
MƏMLƏKƏT
A- A+

Binəqədidə yanğında 2 azyaşlı tüstüdən zəhərlənib

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Trend-in məlumatına görə, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Hazırda həkimlərin müdaxiləsindən sonra azyaşlıların vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.