adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 Mart 2019 11:01
8192
MƏMLƏKƏT
A- A+

“Prezident bu barədə bizə tapşırıq verib” - Mer

"Mədəniyyət xadimlərinin heykəllərinin qoyulması üçün Prezident tərəfindən bizə tapşırıqlar verilir”.

Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov deyib ki, mütəxəssislər təkliflər hazırlayırlar: "Azərbaycanda bu cür məsələlər kollegial qaydada həll olunur. Memarlar və heykəltəraşlar öz təkliflərini hazırlamalıdırlar. Proses başlayıb. Hacı Zeynalabdin Tağıyevin və digərlərinin heykəllərinin qoyulması məsələsi qaldırılıb. Hər halda, memarlar və heykəltəraşlar təkliflərini hazırlayırlar. Bu günlərdə təkliflər ictimaiyyətə təqdim olunacaq”. (ONA.az)