adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2019 15:20
17269
DÜNYA
A- A+

Suriyaya 900-dən çox qaçqın geri qayıdıb

Sutka ərzində İordaniya və Livandan Suriyaya 900-dən çox qaçqın qayıdıb.

Adalet.az -ın xəbərinə görə, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

"Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 920 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 120 nəfər, İordaniyanın "Nasib” keçid məntəqəsindən isə ümumilikdə 800 nəfər Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Həmçinin bildirilib ki, gün ərzində 120 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdıb.