Bakıda külək iki ağacı aşırdı
Bakıda güclü külək fəsadlar törətməsə də, ağaclara ziyan vurub.
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, külək nəticəsində iki ağac aşıb: "Bir ağac Nizami, digəri isə Yasamal rayonu ərazisində aşıb. Xoşbəxtlikdən ağaclar boş sahəyə aşıb və ətrafa ziyan vurmayıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".
Xatırladaq ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında güclü külək başlayıb.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24