adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Mart 2019 18:00
13126
İDMAN
A- A+

Neymardan ağır sözlər

PSJ-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə məğlub olduqları oyundan (1:3) sonra şəxsi "İnstagram” səhifəsində kəskin və təhqiramiz fikirlər səsləndirib.

Qol.az-ın xəbərinə görə, oyunu tribunadan izləyən 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarını şərt şəkildə tənqid edib:

"Bu, biabırçılqıdır. UEFA epizodun təkrarını analiz etməsi üçün 4 nəfər VAR hakimi qoyub. Amma həmin epizodda açıq gürünür ki, əllə oyun yoxdur! Arxasına dönük vəziyyətdə əlini hara qoya bilər ki?! Ehh..” Neymər paylaşımını doğma dilində "Ah vá pra pqp” sözləri ilə bitirib ki, bu da azərbaycancaya tərcümədə təxminən "gedin, s.......” mənasını verir.

PSJ-nin baş məşqçisi Tomah Tuhel oyunsonrası mətbuat konfransında Neymarın təhqiramiz sözləri ilə bağlı deyib: "Bəzən biz emosional vəziyyətdə elə şeylər deyirik ki, bir neçə saat sonra geri götürürük. Neymar bu matçda bizə kömək etmək üçün alışıb-yanırdı”.

Xatırladaq ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun sağ ayağında sınıq aşkarlandığı üçün 8-10 həftə sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.