Xətaidə top mərmisi tapılıb
Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar xəttinə Bakının Xətai rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az -a bildiriblər ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri əraziyə cəlb olunub.
XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkarlanan sursata baxış zamanı onun döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisi olduğu müəyyənləşib. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04