adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Mart 2019 18:09
14092
İDMAN
A- A+

Kasilyas Ronaldonu geridə qoydu

Çempionlar Liqasının 1/8 finalının "Roma" ilə cavab oyunu "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, ispaniyalı qolkiper 1/4 finala yüksəldikləri oyunda (3:1)turnirdə 101-ci qələbəsini qazanıb.

Bununla da 38 yaşlı qapıçı ÇL-də ən çox qələbə qazanan futbolçu adına yiyələnib. Kasilyas bu göstəricidə "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçunun aktivində 100 qələbə var. "Barselona"nın sabiq üzvü Xavi Hernandes isə 91 qələbə ilə 3-cüdür.