adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Mart 2019 18:17
15953
DÜNYA
A- A+

Trampın yaxın adamını ömürlük həbs gözləyir

Bu gün Virciniya Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin irəli sürdüyü ittiham üzrə 2016-cı ildə Trampın seçki kampaniyasının rəhbəri olan Pol Manaforta qarşı hökm çıxaracaq.

Adalet.az "Reuters”ə isitnadən xəbər verir ki, hakim Manaforta 20 ildən çox, hətta ABŞ federal cinayət məcəlləsinə uyğun olaraq 8 ittiham üzrə asanlıqla ömürlük azadlıqdan məhrumetmə cəzası verə bilər.

Qeyd edək ki, ABŞ xüsusi prokuroru Müllerin apardığı istintaq nəticəsində Pol Manafort Ukraynanın əvvəlki Rusiyapərəst hökumətinin məsləhətçisi kimi işləyərkən "qazandığı” milyonlarla dollar vəsaiti ABŞ hökumətindən gizlətməkdə, çirkli pulların yuyulmasında, xarici agent kimi qeydiyyatdan keçməməkdə, eləcə də, bank və vergi fırıldaqçılığı da daxil olmaqla bir neçə digər maddə üzrə ittiham olunur. Lakin Trampın seçki qərargahının keçmiş rəhbəri günahsız olduğunu iddia edir.

Xatırladaq ki, Manafort cəzasının yüngülləşdirilməsi müqabilində Trampın əleyhinə istintaqla əməkdaşılıq edəcəyinə vəd versə də, xüsusi prokuror Robert Müller onun öz vədinə sadiq qalmadığını demişdi.