Avtobus və taksi sürücülərinin vahid geyimi olacaq
Bakıda fəaliyyət göstərən avtobus və bəzi taksi sürücülərinin vahid geyimi olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənən "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də deyilir.
"Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobusların və taksi minik avtomobillərinin sürücülərinə dair Tələblər”də bildirilir ki, sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdır. Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdır.
Həmçinin taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.
Digər Xəbərlər
20 Aprel 2024 10:36
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
18 Aprel 2024 10:58Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24