QADIN HƏYATINDAN FRAQMENTLƏR

İRADƏ TUNCAY
51001 | 2019-03-09 14:48

Adəm vəHəvvadan sonra təbii yolla doğulmuş insanların hər birinin içində həm qadın,həm də kişi var. Yəni həm kişidən, həm də qadından yarandığımız üçün hərikisinin genlərini də, xromosomlarını da daşıyırıq. Sadəcə ayrı-ayrıcildlərdəyik. Düzdür, burda da böyük fərq yoxdur. Onda bu əsrlər boyu davamedən diskriminasiyanın səbəbi nədir? Nəzərə alsaq ki, bəşəriyyətin ilkininkişaf dövründə hakimiyyət qadınların əlində olub və bunun acısını kişilər heçcürə unuda bilmirlər. Ancaq bu bayram günü kişi-qadın, it-pişik davasınıxatırlamaq istəmirəm. Qadın öz beynini gəlişdirə bilmirsə, özünü düşünməyəməcbur eləmək istəmirsə, burda kişinin nə günahı? Amma nə möhtəşəm qadınlarolub Yer üzündə...


***

Bu qadının müasir bioqraflarından biri qeyd edir ki,"tarixdə az-az simalar ola bilər ki, onun qədər nifrətə tuş gəlsin. Onayönəlmiş ittihamların heç biri kimsəyə qeyri-adi görünmür və tarixçilər dədedi-qoduları fakt kimi yazırlar". Əslində burda romalıların siyasiambisiyalarının xüsusi çəkisi var. Hər zaman bütün tarixi mənbələrdə onuncinsəlliyi, dişiliyi önə çəkilir. Hətta görkəmli yazıçılar da ona bu aspektdənyanaşıblar. Təbii, bu amilin də öz yeri var. Amma Sezar da, Mark Antoni də onuyalnız məşuqə kimi yox, həm də ağıllı dost kimi sevirdilər. Unutmaq olmaz ki,Kleopatra həm də uzaqgörən dövlət xadimi, siyasi xadim idi. Baxmayaraq ki,ideyaları həyata keçmədi. Əslində Kleopatra həmin dövr kontekstində Şərqlə Qərbinbirliyini arzulayan, Qərbin hegemonluğunu qəbul etmək istəməyən bir şəxs idi.Və maraqlıdır ki, Qərb (o zamankı təsəvvürlərdə Roma) dünyasının iki qüdrətlisərkərdəsini öz iradəsinə tabe edə bilən qadın həm də şərqli idi. İndiyə qədərdə Qərb dünyası bunu ona bağışlamır. Roma tarixçilərinin fikrinə görə,qərblilər şərqlilərdən üstün sayılırlar. Və buna görə tanrılar da onlarahamilik edir. Halbuki Aksiyadakı savaşda Oktavian yox, Antoni zəfər çalsaydıtarixi hadisələrə də münasibət başqa cür olardı. Axı qalibləri mühakiməetmirlər...

Kleopatranın mənsub olduğu Ptolomeylər sülaləsi Makedoniyalıİsgəndərin sərkərdəsi olmuş I Ptolomeydən başlayır. Və onların da böyükİsgəndərlə qan qohumluğu var. Bir vaxtlar təkcə Misirin yox, Liviya vəSuriyanın, Fələstinin, Krım-Bosfor dövlətinin, yaxınlığındakı adaların dasahibi olan bu sülalə Kleopatranın doğulduğu vaxt öz qürub çağlarını yaşayırdı.Roma bütün dünyaya öz iradəsini diktə edirdi və Misirin yalançı müstəqilliyiona böyük xərclər bahasına başa gəlirdi. Siyasi intriqalar da Misir taxtınılaxladırdı. Hər halda, gözəlxanım atasının ölümündən sonra ona rəqib ola biləcək bacı-qardaşlarını aradangötürə bildi. Və bu vaxt tanrılar onun yoluna Yuli Sezarı çıxardılar.Kleopatranın 21, Sezarın 52 yaşı vardı. Gözəlliyi və ağlı ilə Sezarı məftunedən xanımın bir özəlliyi də cəlbedici idi - Böyük İsgəndərlə qohumluğu.Saraydaxili qovğalarda Sezarın onun tərəfini tutması çox mətləbləri həll etdi.Açıq şəkildə Roma imperiyasına müqavimət göstərən Makedoniyadan, Selevkçarlığından fərqli olaraq Misir tam şəkildə işğal olunmadı. Sezarın məşuqəsinəçevrilən Kleopatra bu amildən istifadə edib Ptolomey monarxiyasının qüdrətiniqaytarmaq istəyində idi. Plutarx onu belə təsvir edir: "Deyirlər ki, onunqeyri-adi gözəlliyi olmayıb, amma cazibəsindən qaçmaq da mümkün deyilmiş. Buqadının gücü onun şəxsiyyətində, danışıq qabiliyyətində, qüdrətli ruhunda idi.O, nitqi ilə, hərəkətləri ilə ünsiyyətdə olduğu hər kəsi özünə tabe edəbilirmiş".

Deyilənlərə görə, xanımın Sezara təsiri çox böyük olub. Yenitəqvimin (Günəş təqvimi) yaranıb tətbiq olunması da, dənizlərarası kanallarınqazılmaq ideyası da, Romada kütləvi kitabxanaların təşkili də Misirtəcrübəsindən doğmuşdu. Ən əsası isə neçə əsrlik respublika ənənəsi olan Romadamütləq hakimiyyət ideyasını tətbiq etmək fikrini Sezara Kleopatra təlqin edib,deyirlər. Doğrudur, Sezar bu fikrini həyata keçirə bilmədi, amma Oktaviandanbaşlayaraq bütün sələfləri dövləti mütləqiyyət rejimində yönətməyə başladılar.

... Sonra Mark Antoninin də növbəsi gəldi. AntoniKleopatranın üç uşağının atası idi. Bu amil də ona öz iradəsini diktə etməyəəsas verirdi. Həmin hadisələr haqqında oxuyan oxuyub, filmlərə baxan baxıb. Hərhalda Kleopatranın həyatı tarixin ən parlaq səhifələrindəndi. İndiyə qədər dəmübahisə, maraq doğurur.İndiyə qədər də kimsə də doğru-düzgün qiymətləndirəbilmir. Kim idi Kleopatra? Dəlicəsinə sevən qadın, yoxsa uzaqgörən dövlətxadimi? Böyük sənətkarların - Vergilinin, Horatsinin, Şekspirin ilham pərisi,yoxsa tanrı təcəssümü ilahə? Yenə tarixçilərin yazdığına görə, Oktavian Misiriişğal edəndə onu qəfəsdə Romaya aparıb xalqa göstərmək niyyətindəymiş.Kleopatra üçün təbii ki, ilan zəhəri daha məqbul olmalıydı...



***

Həmin bu epizod ruh etibariylə ona çox bənzəyən bir qadınınşerində də var. Əgər biri dünyanın məşhur sərkərdələrini ram eləmişdisə, o birisənət aləminin sayılan şəxslərini muma çevirmişdi. Həyatındakı bütün faciələrərəğmən əyilməyən, kiçilməyən, xərclənməyən nəhəng qadın - Anna Axmatova.

"Mən Çarli Çaplinlə, Lev Tolstoyun "Kreysersonatası" və Eyfel qülləsi ilə eyni ildə doğulmuşam. Nənəm Anna Yeqorovna Motovilovanınşərəfinə adımı Anna qoyublar. Nənəmin anası Çingiz xanın nəslinə aid tatarknyajnası Axmatova olub. Rus şairi olacağımı düşünmədən onun familiyasını özüməədəbi təxəllüs götürdüm. On beş yaşım olanda əvvəllər görmədiyim, ammadoğulduğum bağ evinin yanından ötəndə anam oranı mənə göstərdi. "Burda birvaxt xatirə lövhəsi açılacaq" dedim. Mən şöhrətpərəst deyildim, sadəcəsəfeh zarafat idi. Amma anamın qanı qaraldı: "Aman Allah, mən sənə heçtərbiyə verə bilməmişəm".

Axmatovanın bioqrafiyasına bələd olanlar bilirlər ki, onunüçün toplumun qəbul etdiyi yalançı əxlaq, yalançı tərbiyə qavramları olmayıb.Axmatova ömrü boyu öz bildiyi, inandığı həqiqətlərə qulluq edib. Böyük istedadıilə yanaşı, həm də xarakteri onu başqalarından ayırırdı, seçirdi. Ən tanınmışadamları ona baş əyməyə məcbur edən də bu idi. Bütün həyatı boyu növbənövittihamlarla qarşılaşmış, sarsıntılar keçirmişdi. Amma onu ən çox ağrıdan (mənəgörə) kimlərinsə şer yazmağı əri Nikolay Qumilyovdan öyrəndiyini iddia etmələriidi. Axmatova bu barədə yazır: "Şairin xatirəsini səfeh dedi-qodularlatəhqir etməyin. Əvvəl-əvvəl çox aciz şerlər yazırdım. Nikolay Stepanoviç bunuməndən gizlətmirdi də. Və məsləhət görürdü ki, sənətin başqa növləriylə məşğulolum, məsələn, rəqslə. 1910-cu ilin payızında Qumilyov Afrikaya getdi, təkqaldım. Çox oxuyurdum, çox gəzirdim, axtarırdım, tapırdım, itirirdim. Şeirlərdalğa kimi gəlməyə başladı. Hiss edirdim ki, alınır. Elə bu vaxt tərifləreşitməyə başladım. "Gümüş əsr"in Parnasında necə tərifləyirlər, yəqinbilirsiniz və bu quduz, utanmaz təriflərə cilvə ilə "qəribədi, əriminxoşuna gəlmir" dediyim üçün yadda qalırdı. Şişirdirdilər, 50 ildən sonrakiminsə memuarlarına düşürdü. Məqsəd Qumilyovu paxıl, poeziyadan heç nəanlamayan birisi kimi təqdim etmək idi. 1911-ci ildə Nikolay Afrikadanqayıdanda sözarası məndən şeiryazıb-yazmadığımı soruşdu. Yazırdım, dedim. Oxumağımı istədi, qulaq asdı vədedi: "Sən şairsən, kitabını hazırla".

Əslində Nikolay Qumilyovla Anna Axmatovanın münasibətləri çoxmürəkkəb və ziddiyyətli idi. Hətta Qumilyovun şeirlərində də bu görünür. Və o deyir ki, mənqadınla yox, cadugərlə evlənmişəm. Amma bu onlarabir-birinin istedadını inkar etməyə əsas vermir. Ümumiyyətlə, ömrü boyumünasibətdə olduğu kişilər Axmatovanın güclü iradəsinə tabe olmağa məhkumidilər. Ətrafındakı insanları o özü seçirdi. Sonda da özü qoyub gedirdi.Gənclik, yetkinlik illərini dolu-dolu, istədiyi kimi yaşamışdı. Amma sonra Stalininistəyi ilə yaşamağa başladı, digər milyonlar kimi. Yaxınlarını güllələdilər,həbs etdilər, sürgünə göndərdilər. Həmin illərdə "Rekviyem" yazılır:"Dəhşətli Yejov (o illərdə daxili işlər komissarı-red.) illərindəLeninqradın zindan növbələrində on yeddi ay sürünmüşəm. Günlərin bir günü bunövbədə məni tanıdılar. Dodaqları soyuqdan göyərmiş bir qadın əyilib pıçıltıylasoruşdu:

- Siz bütün bunları təsvir edə bilərsinizmi?

- Bilərəm, - dedim.

Həmin anda onun nə vaxtsa insan sifəti olmuş üzündə təbəssüməbənzər bir kölgə yarandı".

Məktəbdə oxuduğum illərdə ədəbiyyat dərsində bizə"Zvezda" və "Leninqrad" jurnalları, Anna Axmatova və MixailZoşşenko haqqında qərarları keçirdilər. Amma demirdilər ki... 1946-cı il 14avqust qərarı. Anna Axmatova şöhrətinin pik nöqtəsindədi və qərar gəlir...Yazıçılar İttifaqından çıxarılır, kitablarının çapı qadağan edilir, aclıq çəkənşairəyə Boris Pasternak çox çətinliklə Litfonddan pul ala bilir. Yeganə oğluüçüncü dəfə həbs olunur. (Lev Qumilyov xatirələrində yazır ki, mən həbsxanadahamının əvəzinə yatmışam. Atamın da, anamın da, özümün də). Həmin illərdəAxmatova ilə dostluqdan qorxmayan bir aktrisa xatırlayır ki, o qərardan sonrayaşadığı evə getdiyimdə Anna Andreyevna divanda uzanıb gözlərini yummuşdu,ağır-ağır nəfəs alırdı. Məni görüb başını qaldırdı: "Sən bilmirsəntanklarını Berlin küçələri ilə sürən qüdrətli dövlətə ahıl bir qadının döşqəfəsinin üstündən keçmək nəyə lazım idi?" Əslində Axmatova cavabı özübilirdi. Əgər şairin şöhrəti tiranın şöhrətini üstələyirsə, təbii ki, ondanqorxurlar.

Axmatovanın çox maraqlı xatirələri var, çünki çox zənginhəyatı olub. Paris xatirələrində Axmatova Sartrın fikirlərindən iqtibasgətirir. Mən də onu xatırlayacam, daha doğrusu, ömrünü ona həsr eləmiş Simonade Bovuarı...



***

XX əsrin ən müəmmalı və ən qalmaqallı ədəbi cütlüyü. Jan PolSartr- Simona de Bovuar. Müasirləri xatırlayırlar ki, Sartrın üzünə baxmaqistədiyi yeganə qadın Simona olub. Zərif cinsin digər nümayəndələri isə onunbaxışlarını boğazdan aşağıda hiss ediblər. Rəsmi nigahları olmasa da ömürləribir yerdə keçib və hətta eyni məzarda dəfn olunublar.


Hər halda çox maraqlı cütlük idi, ilk baxışdan bir-birinəuyğun gəlməsələr də. Sartr zahirən çirkin, xasiyyətcə qaba idi. Simonayaraşıqlı, yaxşı tərbiyə almış birisi. Çirkinliyinə baxmayaraq, Sartrınçoxsaylı sevgililəri həmişə gözəl qadınlar idi. Simonadan isə kişilər qorxurdu.Onları bir-birinə bağlayan isə ruh yaxınlığı, intellekt idi. Amma bumünasibətlərdə aparıcı mövqe Sartra məxsus idi. Baxmayaraq ki, Simona çoxkeyfiyyətlərinə görə ondan yuxarıda dayanırdı. Görünür xanım Bovuar nə qədərfeminist olduğunu iddia etsə də sona qədər bu ideyaya sadiq qala bilmirdi. Vəmüstəbid Sartr onun qadın damarını tuta bilmişdi. Simona özü etiraf edirmiş ki,məhbəsdə əzab çəkən məhbuslar kimi o da öz azadlığa məhkumluğundan əziyyətçəkir. Amma bu könüllü əzablardan ayrılmaq da istəməyib. Ərinin çoxsaylı eşqmacəralarını udmaq məcburiyyətində olanda da. Ağlayıb zəiflik göstərəndə Sartronu Monmartrdakı gül satan qadınlarla müqayisə edirmiş. Bu qədər güclü qadınbelə istehzalara niyə dözürmüş? Axı o da Avropanın ən məşhur yazıçılarındanbiri idi. Və 36 illik birlikdəlikdən sonra evsiz-eşiksiz Simonanı ərininkandarına yaxın qoymayan əlcəzairli məşuqə ilə saçyoldusuna çıxmaqməcburiyyəti. İnsan qəlbi çox böyük müəmmadı. Amma son günlərinə qədər Sartrınən böyük ehtiyacı Simona idi. Ölümündən bir az əvvəl dediyi sözlər isə qadınıçox ağrıtdı: "Mən indi anlamışam ki, məhz sən mənim qabırğamdanyaradılmısan". Halbuki Simona bütün ömrünü bu fikrin yanlış olduğuna isbatüçün xərcləmişdi.



***

Bayramdı, qadınların bayramı. Mən də öz ruhuma yaxın olan,sevdiyim bəzi qadınları xatırladım. Onu da bilirəm ki, oxucularımın böyükəksəriyyəti kişilərdi. Bizim qadınlar çox xoşbəxtdirlər. Beyinləri işləməsə dəkişilərimiz yarım milyon dollarlıq SMS-lər göndərirlər onlara. Oxuyub-öyrənməknələrinə lazımdı, zatən hər şeyləri var. Qabırğa teoriyası bizim məmləkətdə məqbuldu.Kim nə istəyir düşünsün, əgər düşünmək qabiliyyətləri varsa...


TƏQVİM / ARXİV