adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2019 14:32
16229
DÜNYA
A- A+

PREZİDENTLİYƏ NAMİZƏDƏ QARŞI SUİ-QƏSD

RİA-Novostinin yaydığı məlumata görə, Əfqanıstan prezidentliyinə namizədlərdən birinə qarşı Kabulda sui-qəsd edilib. 1TV telekanalının yaydığı məlumata görə, sui-qəsd nəticəsində Əfqanıstanın Milli Konqress Partiyasının lideri Əbdül Lətif Pedram xəsarət alıb.

Bildirilir ki, Əfqanıstanın paytaxtı Kabulda bir neçə partlayış törədilib. Bu partlayışlar siyasi liderlərin ölkə ərazisində keçirdikləri görüş yerlərində həyata keçirilib. Tolo Nyus telekanalı bildirir ki, şəhərdə bir gündə ən azı 10 partlayış qeydə alınıb. Söhbət həmin ərazilərə atılan minamyot mərmilərindən gedir. Bundan başqa tədbirlər keçirilən ərazilərin yaxınlığında güllə səsləri eşidilib.

Əfqanıstanda prezident seçkilərinin keçirilməsi bu ilin 20 iyul tarixində gözlənilir. Ali dövlət başçısı postuna seçilmək üçün artıq 18 nəfər namizəd qeydə alınıb. O cümlədən 2014-cü il prezident seçkilərində dövlət başçısı kürsüsü uğrunda mübarizə aparmış tanınmış siyasilər Əşrəf Qəni və Abdulla Abdulla da namizədliklərini irəli sürüblər.

MEHRİBAN