adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Mart 2019 12:30
3787
GÜNDƏM
A- A+

Rüşvət və vəzifə saxtakarlığında təqsirləndirilən məmur azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət və vəzifə saxtakarlığında təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. A.Osmanova şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında bildirib ki, A.Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib. Dövlət ittihamçısı qeyd edib ki, bu əməllərinə görə ona cəza təyin edilə bilməz. Çünki cəza təyin etmə müddəti başa çatıb.

Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.