adalet.az header logo
  • Bakı 20°C
07 Mart 2019 12:27
4884
HADİSƏ
A- A+

Yataqxanadakı yanğınla bağlı cinayət işi açıldı

Bakıda yataqxanada baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 2 nəfərin ölümü, 6 nəfər tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını poza, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (ONA)