adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Mart 2019 12:21
13460
ELM VƏ TƏHSİL
A- A+

Birinci sinfə qəbul martın 13-də başlayır

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq.

BŞTİ rəsmisinin sözlərinə görə, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 13-də sistem açıq olacaq"