Faiq QİSMƏTOĞLU: AĞIZDAN TİKƏNİ, BAŞDAN PAPAĞI...

FAİQ QİSMƏTOĞLU
40097 | 2019-03-07 12:10

... Deyirlər ki, pah attonnan, filankəs yaman fərasətlidir,çünki yumurtadan tük qırxır. Bugünküdünyamız belə "fərasətli” adamları öz qoynuna alır və ona yaşıl işıq yandırır.Bu gün hara getsən birinci soruşmurlar ki, sənin diplomun, savadın var, ya yox?!Elə ki, onların istəyiylə oturub-durdun, bax, onda sənin işin "xod” gedəcək. Yənisavaddan da, diplomdan da öncə vacib məsələlər var. Alıb- verməyi, qonaq-qarayola salmağı bacardınsa, deməli, tay sənə zaval yoxdur.

Savada, elmə, mədəniyyətə, peşəkarlığa çox nadir halda qiymətverilir. Və onda da səni aparıb bağlayırlar el dilində demiş olsaq, bir eşşəyinquyruğuna. Və bu eşşək də uzun müddət sənə rəhbərlik edir, göstəriş verir, laplazım gələndə danlayır da. Kişinin oğlu axı rəhbərdir, "çox şey” bilir. Əksinə,rəhmətlik Əvəz müəllimin dediyi kimi, qandığı qrafa da yoxdu və iki eşşəyinarpasını da bölməyi bacarmır. Qandığı qrafa olmasa da, iki eşşəyin arpasınıbölməyi bacarmasa da, amma tabeliyində olan işçiləri başıqapaz eləyir...

... İndi çox adamın savadlı, ağıllı və istedadlı ziyalılardan xoşu gəlmir.Ziyalı görəndə elə bil ki, qutuda ilan görür. Baxın görün ölkəmizdə hansıtanınmış ziyalıların övladları vəzifə başındadır?! Məsələn, Ziya Bünyadovun,İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin və digər tanınmışların övladlarıişsizdir. Təbii ki, onların da yerini tutanlar atası nazir, nazir müavini,prokuror, rəis, hakim olanlardı. Ola bilər ki, hansısa vəzifəli şəxsin övladıçox istedadlı və savadlı olsun və o da yüksək bir kürsüdə yer tutsun. Bu,normal haldır. Amma ücdantutma hüquq-mühafizə orqanlarında və eləcə də digəricra orqanlarında çalışanların əksəriyyəti vəzifəli şəxlərin övladlarıdır. Ata hesabına gəlibmövqe tutan adamsa, dövlətin, xalqın mənafeyindən öncə öz marağını güdəcək.

Çox şey yazıb başınızı ağrıtmaq istəmirəm. Onsuz da o qədər dərdimizvar ki?! Ki, hərənin başı öz dərdinə qarışıb. Yəni hərə öz canının hayındadır.Heç bu dəqiqə qardaş qardaşı axtarmır, bacı qardaşı soraqlamır. Çünki bacınında, qardaşın da çiynində elə bir yük var ki, onu çəkməkdən beli əyilib...

Adam da var ki, bu çətin zəmanədə heç dünya vecinə deyil. Niyə dəveci nə olsun?! Ki, oturub vəzifə kreslosunda kef eləyir. Camaatın ağzındakısonuncu tikəni də çıxarmaq haqqında düşünür. Tay fikirləşmir ki, vaxt gələcək,o da kreslodan sürüşüb düşəcək və onun da ağzındakı tikəni alıb qaçacaqlar. Buanda yadıma istedadlı şair-publisist dostum Asif Talıboğlunun "Dünya” şeiridüşür:


Bir şirin nağıla bənzəyir həyat,

Sevinci bir andır, kədəri qat-qat,

İstər eşşək olsun, istərsə Qır at,

Minib çapa bilsən sənindir dünya.


Çoxunu aldadıb sığallar telin,

Nə qədər yalvarsan uzatmaz əlin,

Bir dəlisov kişi, bir gözəl gəlin,

Dilini tapa bilsən sənindir dünya.


Talıboğlu, sənə kəsilib yağı,

Çoxunun sönübdür vaxtsız çırağı,

Ağızdan tikəni, başdan papağı,

Alıb qaça bilsən sənindir dünya.

Bax, dünya bu gün belələrini sevir. Və dünya yalançıları, ikiüzlüləri,yaltaqları, binamusları öz köksünə çəkir. Vaxtilə böyük rus yazıçısıDostoyevski "İdiot” romanında da məhz yaltaqları, şərəfsizləri sinəsinə çəkəndünyadan inciyir. Knyaz Mışkin kimi işıqlı və təmiz adama o bataqlıqda yeryoxdur. Heç dünya dəyişməyib, elə həmin dünyadı, əksinə, bir az daqaranlıqlaşıb. Dünyanın gün işığı azalıb, yarasaları çoxalıb...

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə sübut edib ki, o, hərbir azərbaycanlının prezidentidir. Prezident xalqa yaxınlaşır, amma onun ətrafındakıbəzi qüvvələr xalqın ziyalılarının, işıqlı adamlarını ona yaxınlaşmasına imkanvermir. Necə ki, bu günlər cənab prezidentlə mədəniyyət və incəsənət xadimləriningörüşündə olduğu kimi... Elə görüş iştirakçılarının bəziləri susmağı vənöqsanları deməməyi məsləhət bilib. Ancaq Afaq Bəşirqızı kimi və eləcə də digərziyalılar əsl həqiqəti prezidentə çatdırıblar və prezident də bütün qaldırılanproblemləri elə həmin günü həll edib.

Həmin görüşə xalq artisti Rasim Balayev dəvət edilməyib. Onu mədəniyyətnaziri Əbülfəs Qarayev belə izah edir:"Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamıvar, onların hamısını o məkana toplaya bilməzdik”.

Onu da deyək ki, Rasim Balayev Azərbaycan kino sənətində çox məhşurolan iki aktyordan biridir. Bu adam nə üçün həmin görüşə dəvət edilməsin?Prezident İlham Əliyev elə həmin günü xalq artisti Rasim Balayevə zəng vurub.Bu barədə Rasim Balayev özü məlumat verib: "Təxminən on dəqiqə əvvəl cənabPrezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimizdeyil, siyahını hazırlayanların günahıdır. Bildirdi ki, bu il kino sahəsinə beşmilyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndənsoruşdu ki, görüşdə iştirak etsəydin nə təklifin olacaqdı? Bildirdim ki, mənimtəkliflərim Mehriban Zəkinin fikirlərilə üst-üstə düşür”.

Bizdə həmişə belədir. Düz danışan, həqiqəti deyən, Prezidenti sevənadamları onun yanına buraxmağa qorxurlar. Qorxurlar ki, prezident həqiqəti bilər,ona yalan məlumat verən şəxsləri cəzalandırar. Amma bu xalq, bu millət içi mənqarışıq, cənab Prezidenti çox istəyirik. Çünki o heç vaxt bu xalqın ağrısına,acısına, dərdinə biganə qalmayıb. Əksinə, xalqın, millətin yanında olub. Öz adgününü təmtəraqlı yerdə deyil, qaçqınların yanında keçirib. Dünyanın heç biryerində İlham Əliyev kimi sadə və səmimi prezident yoxdur. Rasim Balayevətelefon açmaq, onunla söhbət etmək bir daha cənab prezidentin böyüklüyünü göstərir.

Süni maneələr törədən, prezident və xalq arasında uçurum yaratmağa cəhdedən xəyanətkarlar zaman-zaman üzə çıxacaq.Necə ki, nehrə çalxalandıqca yağla ayran, şor bir-birindən aralanır. Vəbu xalq hər zaman, hər an İlham Əliyevin ətrafında olacaq. Çünki o, xalqının körpəsindən ahılına qədərhamısına kömək göstərir, arxa durur.


TƏQVİM / ARXİV