adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Mart 2019 11:14
4141
HADİSƏ
A- A+

Qəbələ sakinindən ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan "TOZ-16” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.