Əbülfət Mədətoğludan yeni şeir: GÖNDƏR
Allahım, bu mənim göyüm
bulud payımı göndər...
Qat gözünə buludun -
umud payımı göndər!..
Sıxıram - köynəyim duz
Ağrıyan göynəyim duz...
Yeməyim, geyməyim duz -
qurud payımı göndər!
Bir az solğun, bir az tər
cicəyin burnunda dər.
Dərdi gündöyənə sər -
qurut, payımı göndər!
Gözümə göz zillənib,
heç nə demir - dillənib.
Bəbəklərim lillənib -
durult, payımı göndər...