adalet.az header logo
  • Bakı 11°C
07 Mart 2019 00:44
6433
GÜNDƏM
A- A+

Xaliq Laçınlı

Kəs əllərimi

Bilmədim necə oldu telə toxundu,
Ala günahkardı as əllərimi.
Neçəki sönməyib sinənin odu .
Götür sinən üstə bas əllərimi.
Haçansa öyrəşib belə dolanıb,
Elə bil bülbüldü gülə dolanıb,
Bilmədim barmağım telə dolanıb ,
Dogra əllərimi kəs əllərimi.
Sussayıb barına.bağı sındırar.
Əzər şamamanı,tağı sındırar.
Olar bostanına,yağı sındrar,
Bağla zülflərinlə pis əllərimi .
Nəmişə sevgidə dad-aman olur.
Bəzən də yandırıb odalan olur.
Öyrənib ,öyrəşib dadamal olar.
Qoru əllərimi,pus əllərimi
Bu yoxlar qəlbimi bərk eyləmişdi.
Sevgimin ahları görk eyləmiışdi.
Bəlkkə də sevgidi ərk eyləmişdi,
Yox dedin əylətdi səs əllərimi.
Bu da o fələyin işidi bəlkə.
Xaliqin fəryadın eşitdi bəlkə.
Soyuqlar sazaqlar üşütdü bəlkə.
De harda isidim bəs əllərimi.

Həsrətin yolları

Gülüm səni üşüdəcək,
Qışdı həsrətin yolları.
Gedəni çox.gələni yox.
Boşdu həsrətin yolları.
Solan gülü ,tikanı çox ,
Baxıb boynun bükəni çox.
Qarğayb daş tökəni çox,
Daşdı həsrətin yolları .
Kim unudar. kim unutmaz ,
Könlü istər gözü yatmaz.
Yel qurutmaz , gün qurutmaz
Yaşdl həsrətinv yolları.
Qəlb qapısın döyən olmaz .
Neç dərdinə dəyən olmaz .
Bir gün gəlib deyən olmaz
Uçdu həsrətin yolları
Xaliq aşdı dərt başından ,
Keçdin hicran savaşından.
Ayrılığın göz yaşından,
Daşdı həsrətin yollarn .

Çəkil get

Sevib səni ürəyimə hörmüşdüm ,
Qram-qram ,para-para sökül get.
İstəmirəm ta qarşımda durasan ,
Gözlərimin səkisindən çəkil get.

Daş bağlayıb bu bağrıma dözəcəm ,
Əllərimi ümüdsüz tək üzəcəm .
Damla -damla gözlərimdən süzəcəm,
Gözlərimin qarasından ,tökül ket.

Günlərimi belə yoldun.yol apar,
Son ümüdüm bir cığırdı yol tapar.
Meydanımda ayrılığın at çapar .
Sənə çatan toz dumana bükül get.
Çətin kimsə,bu könlümü ovuda ,
İtirmişəm bərəmidə ovuda.
Həyat hakim .hökmü oxya vaxd uda,
Olub mənə əzabların vəkil get .
Xaliq bilir qəm ürəyiə qənimdi ,
Zaman ovur dəyirmandı ,dənimdi,
O ürəyin sevir sevmir sənindi.
Sən elə qal xatirimdə şəkil get.