adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Mart 2019 00:11
12339
GÜNDƏM
A- A+

YENİ AZƏRBAYCANIN YENİ KÜRDƏMİRİ

(əvvəli ötən sayımızda)

2018-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri aparılmış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına şəhərin İslam Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 3852 m2 dam örtüyü dəyişdirilmiş, 3422 m2 sahədə suvaq işləri aparılmış, 18,2 m2 plastik pəncərə, 24 m2 dəmir qapı quraşdırılmış, 120 m2 sahədə keramika, 144 m2 sahədə isə ağlay üzlüklü material vurulmuş, daxili və xaici divar səthləri 3810 m2 sahədə emulsiya ilə rənglənmişdir.
Eyni zamanda 2018-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına şəhərin Aran qəsəbəsində 2 ədəd 3 mərtəbəli ictimai yaşayış binasının 2070 m2 sahədə dam örtüyü dəyişdirilmişdir.Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılmış vəsait hesabına şəhərin 26 saylı dəmir yolu binasında təmir işləri aparılmış, binanın 900 m2 dam örtüyü dəyişdirilmiş, şəhər 7 saylı uşaq bağçası körpələr evində isə 44 m2 taxta pəncərələr metal-plastik pəncərələrlə, 24 m2 taxta qapılar metal-plastik qapılarla əvəz edilmiş, 205 m2 sahədə daxili divarlar, 300 m2 sahədə isə tavan emulsiya ilə rənglənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə "Xalça istehsalı emalatxanası"nın tikintisinə başlanılmışdır. "ASAN xidmət" mərkəzində restoran, yeməkxana, çay evi və "ASAN xidmət"in əsas binasının 2 mərtəbəsinin dəmir-beton hissələri tamamlanmış, 3-cü mərtəbəsinin dəmir-beton hissələrinin qəlbləri quraşdırılmış, montaj və aralıq divar qatlarının hörgü işlərinə başlanılmışdır. 2 ədəd 170 tonluq su anbarı və qazanxana binası tikilmişdir. TİR avtomobiləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilmişdir. "Xalça istehsalı emalatxanası"nın tikinti işləri başa çatdırılmış, hazırda ərazidə abadlaşdırma və son tamamlanma işləri aparılır."Azpetrol" yanacaq doldurma məntəqəsi və motel binasının tikintisində əsas dəmir-beton işləri tamamlanmış, arakəsmə divarlarının tikintisinə başlanılmışdır. Ərazidə yanacaq çənləri üçün yeraltı çən parkı və su hovuzları tikilmiş, əraziyə drenaj xətləri çəkilmiş və quyuları qoyulmuşdur. Ərazi doldurucu çınqıl materialı ilə doldurularaq kipləşdirilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ildə 21 saylı Yol İstismarı MMC "Azərbaycan Avtomobil Yolları" ASC-nin xətti ilə yerli əhəmiyyətli Mollakənd-Axtaçı-Öyləqulu, Kürdəmir-Xırdapay-Qağacılı, Cəyli, Topalhəsənli avtomobil yollarında 11713 m2 sahədə asfalt beton qarışığı ilə çala təmiri işləri aparılmış və hazırda təmir işləri davam etdirilir.Yerli əhəmiyyətli kənd yollarının 184911 m2 sahəsində yolun çökmüş yerlərinə çınqıl tökülmüş, avtoqreyderlə hamarlanmışdır. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı ilə əlaqədar hazırda rayonun Pirili-Muradxan - Sor-Sor avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir, avtomobil yolunda 54712 m3 həcmində torpaq işləri tamamlanmış, 20 sm qalınlıqda 370.000 m2 alt layı, 16 sm qalınlıqda isə 357.300 m2 üst layı karxana çınqılı tökülərək avtoqreyderlə hamarlanmış, ağır katok vasitəsi ilə kimpəşdirilmişdir. Pirili-Muradxan-Sor-Sor avtomobil yolunda 7 sm qalınlıqda 198.000 m2 iri dənəli asfalt örtüyünün alt layı və 198.000 m2 sahəyə isə 5 sm qalınlıqda asfaltın üst layına xırda dənəli asfalt örtüyü vurulmuşdur. Hazırda həmin yolda çiyinlərin 12 sm qalınlıqda optimal qum çınqıl materialı ilə bərkidilməsi işləri görülür və yol nişanlarının, məlumat verici lövhələrin quraşdırılması üçün hazırlıq işlərinə başlanılmışdır. Ölkə rəhbərinin sərəncamı ilə ilkin olaraq ayrılmış vəsait hesabına rayonun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 25400 m3 torpaq işləri görülmüş, əsasın alt layının 20 sm qalınlıqda 270000 m2 sahəyə karxana çınqıl materialı və 12 sm qalınlıqda 121320 m2 sahədə isə optimal qum çınqıl materialı tökülərək avtoqreyderlə hamarlanmış və ağır katokla kipləşdirilmişdir. Bu işlərin davam etdirilməsi üçün Ölkə rəhbərinin 25 yanvar 2019-cu il tarixli sərəncamı ilə əlavə olaraq 8,8 milyon manat vəsait ayrılmışdır.
2018-ci ildə Bakı-Ələt-Qazax avtomobil yolundan Şilyan, Qarasu və Muğanlı kəndlərinə giriş yollarına geriyə dönmə keçidləri qoyulmuş və lazımi yol nişanları ilə təmin edilmişdir.Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci ildə Kürdəmir şəhərinin Əfqan Abdullayev, Vidadi, M.Ə.Sabir, Cavanşir, Koroğlu küçələrində, Aran qəsəbəsi ərazisində və Heydər Əliyev prospekti boyunca dalan küçələrinə 20643 m2 asfalt örtüyü vurulmuşdur. Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2018-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir çox güzəştlər müəyyən edilmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir. Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2018-ci ildə rayonda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış, zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə qısa müddətdə 5030 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 3000 nəfərə yaxın işçi qüvvəsi, 14 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 6763,2 ton pambıq tədarük olunmuşdur.
Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 6000 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir. 2019-cu ildə 2785 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunmuş, pambıq əkini üçün donduqma şumu qaldırılmış, hazırda arat işləri aparılır. Rayonda 2018-ci ildə 20 ton 400 kq barama istehsal edilmişdir.
(ardı növbəti sayımızda)
Məzahir ƏHMƏDZADƏ